COVID 19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydaları

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin
görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, 2023-cü il 28 mart saat 06:00-dan:
1.1. hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının
və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişçıxışına icazə verilir;
1.2. aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı
tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə
malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:
1.2.1. xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi
yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;
1.2.2. müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən
məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri,
ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası)
nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil
olmaq üçün.
2. Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr
1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387,
1394, № 12 (V kitab), maddələr 1588, 1592, 1612; 2021, № 1,
maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4, maddə 403,
№ 5, maddə 530, № 6 (IV kitab), maddələr 683, 692, № 7, maddələr
868, 882, № 8, maddə 974, № 9, maddə 1079, № 10, maddə 1191,
№ 12, maddələr 1514, 1524; 2022, № 2, maddə 176, № 3, maddə
258, № 4, maddə 417, № 6, maddə 673, № 8, maddə 1012, № 10,
maddə 1225, № 12, maddə 1554; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2023-cü il 21 fevral tarixli 65 nömrəli Qərarı) 1.1.1-ci
yarımbəndində “və hava nəqliyyatı ilə” sözləri “nəqliyyatla” sözü ilə
əvəz edilsin.
3. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi
məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli
151 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679,
683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9,
maddələr 1051, 1079, № 10, maddə 1182, № 12, maddələr 1514,
1533, 1543; 2022, № 1, maddələr 61, 80, № 2, maddə 164, № 3,
maddə 258, № 4, maddələr 399, 417, № 5, maddələr 561, 573, № 6,
maddə 673) 2.3-cü, 2.5-1-ci, 2.5-2-ci, 2.5-2-1-ci, 2.5-4-1-ci, 2.5-6-cı,
2.5-7-ci, 2.5-9-cu, 2.5-10-cu, 2.5-12-ci, 2.5-13-cü bəndləri və
2.5-3.1-ci, 2.5-3.3-cü, 2.5-3.8-ci, 2.5-5.2-ci, 2.5-5.3-cü yarımbəndləri
ləğv edilsin.
4. “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan
qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2021-ci il 24 sentyabr tarixli 280 nömrəli Qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9,
maddə 1079) 1.3-cü bəndi ləğv edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 27 mart 2023-cü il
№ 93

Arxiv üzrə axtarış