Xaricdə yaşayan vətəndaşların qeydiyyatı
Xaricdə yaşayan vətəndaşların qeydiyyatı
Qətər Dövlətinin səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında bu ölkədə yaşayan Azərbaycan Respublikasının vətəndaşları qeydiyyata alınırlar.
Tələb olunan sənədlər:
- Vətəndaşın ərizəsi (buradan yüklənə bilər);
- Doldurulmuş qeydiyyat vərəqəsi (buradan yüklənə bilər);
- Qeydiyyata alınan vətəndaşın rəngli fotoşəkili (3 x 4 ölçülü);
- Vətəndaşın pasportunun surəti;
- Vətəndaşın xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti.
İştirak etməli olan şəxslər
Sənədlər tam və düzgün tərtib edildikdən sonra Azərbaycan Respublikası vətəndaşı tərəfindən şəxsən və ya poçt vasitəsilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin konsulluq və viza şöbəsinə təqdim olunmalıdır.
Dövlət rüsumu
Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.