2020-11-03

Azərbaycan ilə Qətərin tədqiqat mərkəzləri arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Əl-Cəzirə Media Şəbəkəsinin nəzdindəki "Əl-Cəzirə Araşdırmalar Mərkəzi"nin direktoru vəzifəsini icra edən Dr. İzəddin Abdelmaula ilə görüşüb.

Görüşdə Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan haqlı mövqeyi, Ermənistanın ölkəmizə qarşı törətdiyi son hərbi təcavüz aktı nəticəsində yaranmış vəziyyət, o cümlədən terroru dövlət siyasətinə çevirmiş Ermənistanın Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqlərini məqsədyönlü şəkildə atəşə tutması nəticəsində mülki əhali arasında baş vermiş itkilər və mülki infrastruktura dəymiş maddi ziyan barədə müqabil tərəfə məlumat verilib.

Görüşdə, həmçinin Azərbaycan və Qətərdə fəaliyyət göstərən araşdırma mərkəzləri arasında əməkdaşlıq imkanlarını müzakirə edilib.

Arxiv üzrə axtarış