2020-08-10

Səfir Rəşad İsmayılovun “Gulf Times – Community” nəşrində müsahibəsi dərc olunub

Qətərin ingilis dilində dərc olunan nüfuzlu “Gulf Times” qəzetinin “Community” nəşrində Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov ilə geniş müsahibə dərc olunub. “Diplomatiya sülhə sadiq olmalı və digər ölkələrin suverenliyinə hörmətlə yanaşmalıdır” başlıqlı müsahibəyə qəzetin iki səhifəsi həsr olunub. Müsahibəsində səfir Rəşad İsmayılov Azərbaycan-Qətər münasibətləri, iki ölkə arasında ticarət əlaqələri, ikitərəfli əməkdaşlığın gələcək perspektivləri, həmçinin Qətərdə pandemiya ilə mübarizə tədbirləri barədə ətraflı danışıb. Bununla yanaşı, səfir R.İsmayılov diplomatiya ilə əlaqədar müxtəlif sualları cavablandırıb, şəxsi peşə fəaliyyəti, Qətərdə yaşayış təcrübəsi və s. barədə fikilərini bölüşüb. Müsahibənin tam mətni ilə “Gulf Times” qəzetinin “Community” nəşrinin 9 avqust 2020-ci il tarixli sayından tanış olmaq mümkündür.

Arxiv üzrə axtarış