2016-05-22

Xarici işlər naziri Elmar Məmmədyarov Qətərdə bir sıra görüşlər keçirmişdir

Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Forumu çərçivəsində BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərim ilə görüşüb

Görüşdə Azərbaycanın BMT ilə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan-Makedoniya ikitərəfli münasibətləri müzakirə edilib. 

Eyni zamanda qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Həmçinin, xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Forumu çərçivəsində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz ilə görüşüb

Görüşdə Azərbaycan və Kosta-Rika arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, eləcə də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Tərəflər nazir Manuel Gonzalez Sanzın 2015-ci ilin oktyabr ayında Azərbaycana rəsmi səfərini iki ölkə arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdilər. Həmçinin, Kosta-Rikanın ölkəmizdə səfirliyinin təsis edilməsinin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğuladılar.

Arxiv üzrə axtarış