28 May- Müstəqillik Günü münasibətilə Qətərdə keçirilmiş rəsmi ziyafətə dair
Azərbaycan Respublikasının Milli bayramı-Müstəqillik günü münasibətilə 29 may 2025-cü il tarixində Doha şəhərindəki "Ritz Carlton " mehmanxanasında rəsmi qəbul təşkil olunmuşdur. Tədbirdə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva, Qətərin dövlət qurumlarını təmsil edən bir sıra rəhbər şəxslər, o cümlədən əsas qonaq qismində Qətərin nəqliyyat naziri Şeyx Məhəmməd bin Abdulla bin Məhəmməd Al Tani, Xarici İşlər Nazirliyinin protokol idarəsinin rəisi İbrahim Faxro, Qətərin Şura Məclisindən parlamentlərarası dostluq qrupunun üzvləri, yerli ictimaiyyətin bir sıra nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və diplomatları, iş adamları, nüfuzlu KİV təmsilçiləri və Qətərdə yaşayan azərbaycanlılar iştirak etmişlər.