2023 Formula 1 Azərbaycan Qran-Pri yarışı

Azərbaycan Respublikası Prezidentinin 2023 Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair 3809 nömrəli, 29 mart 2023-cü il tarixli Sərəncamına əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab olunur:

  1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
  2. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
  3. 2023 Formula 1 Azərbaycan Qran-Pri yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

 

 

Arxiv üzrə axtarış