2025-06-03
Müstəqillik günü münasibətilə təşkil olunmuş "Mənim Azərbaycanım " konsertinə dair
31 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Doha Elm və Texnologiya Universitetinin mədəniyyət sarayında "Mənim Azərbaycanım" adlı konsert təşkil olunub. Konsertdə Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri ilə yanaşı, Türkiyə,Qırğızıstan, Özbəkistan, Qazaxıstan,Şimali Kipr Türk Respublikasının Dohadakı diplomatik korpusunun rəhbərləri və diplomatları ailə üzvləri ilə birgə, Qətərdəki Türk Silahlı qüvvələrinin bir qrup zabit heyəti və onların ailə üzvləri, nüfuzlu KİV təmsilçiləri iştirak etmişlər.