Müstəqillik günü münasibətilə təşkil olunmuş "Mənim Azərbaycanım " konsertinə dair
31 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Doha Elm və Texnologiya Universitetinin mədəniyyət sarayında "Mənim Azərbaycanım" adlı konsert təşkil olunub. Konsertdə Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri ilə yanaşı, Türkiyə,Qırğızıstan, Özbəkistan, Qazaxıstan,Şimali Kipr Türk Respublikasının Dohadakı diplomatik korpusunun rəhbərləri və diplomatları ailə üzvləri ilə birgə, Qətərdəki Türk Silahlı qüvvələrinin bir qrup zabit heyəti və onların ailə üzvləri, nüfuzlu KİV təmsilçiləri iştirak etmişlər.
Əməkdar artist muğam ifaçısı Günay İmamverdiyeva, tarzən Kamal Nuriyev, kamança ifaçısı Toğrul Əsədullayev və nağara ifaçısı Emin Cəbrayilovun iştirakı ilə keçirilmiş konsertdə, Azərbaycanın zəngin musiqi irsinin nümunələri səsləndirilmişdir. Tədbirdə Türkiyə Səfirliyinin və Türk Silahlı Güvvələrinin zabitlərinin olmasını nəzərə alaraq, xanəndə xüsusi olaraq, "Çırpınırdı Qara Dəniz" mahnısını ifa etmişdir.
Tə