2024-02-01

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı elan

7 fevral  2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində 15 saylı Yasamal birinci seçki dairəsinin 42 saylı məntəqə seçki komissiyası yaradılmışdır.

Qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşları Qətər vaxtı ilə saat 08:00-19:00 aralığında Azərbaycan Respublikasının ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yerləşən seçki məntəqəsinə gələrək səsvermə hüququnu həyata keçirə bilər.

Arxiv üzrə axtarış