2022-11-03

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci ilin 30 oktyabr tarixində Qətər Dövlətinə rəsmi səfəri çərçivəsində Dohada yeni təsis edilmiş “Azərbaycan Ticarət Evi”nin rəsmi açılış mərasimində iştirak etmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci ilin 30
oktyabr tarixində Qətər Dövlətinə rəsmi səfəri çərçivəsində Dohada yeni təsis edilmiş
“Azərbaycan Ticarət Evi”nin rəsmi açılış mərasimində iştirak etmişdir. Cənab Nazir
Ticarət Evinin fəaliyyət göstərməsinin ölkəmizdə istehsal olunan məhsulların Qətər
bazarında təşviq edilməsi ilə yanaşı ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf
etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu öz çıxışında bildirmişdir.
Tədbirdə həmçinin Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov,
Qətərin “United Development Company (UDC)” şirkətinin prezidenti İbrahim Cassim
Al Osman Dohada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının iki ölkənin
sahibkarları arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi
baxımından əhəmiyyətini qeyd etmişlər.
Daha sonra iştirakçılar Azərbaycan Ticarət Evi və orada satışa çıxarılaraq yerli
alıcılara təqdim ediləcək, ölkəmizin istehsalçı və şirkətlərinin məhsulları olan meyvə
və tərəvəzlər, quru meyvələr, süd və süd məhsulları, çaylar, mürəbbələr, meyvə
şirələri, mineral sular, konservlər, bitki yağları, qənnadı məmulatları və təsərrüfat
malları, habelə Ticarət Evinin nəzdində fəaliyyət göstərəcək mətbəxin hazırlayacağı
Azərbaycanın milli xörəkləri ilə tanış olmuşlar.
Azərbaycan Ticarət Evi ölkəmizdə istehsal olunan məhsulların Qətər bazarında daha
çox tanıdılması və satışı ilə yanaşı iki ölkənin biznes dairələri arasında qarşılıqlı
maraq doğuran müxtəlif istiqamətlər üzrə əlaqələrin yaradılmasına xidmət
göstərəcəkdir. Bu məqsədlə Ticarət Evində işgüzar görüş zalı yaradılıb və orada
Azərbaycan iqtisadiyyatı və biznes mühiti barədə məlumat nümayiş etdirilir.
Açılış mərasimində Qətərin dövlət qurumlarının rəsmiləri, diplomatik korpusun
korpusun nümayəndələri və yerli iş adamları, Azərbaycan icmasının təmsilçiləri
iştirak etmişlər.
Ticarət Evinin dizaynı və interyerinin tərtib edilməsini “M Studio” memarlıq və dizayn
şirkəti həyata keçirmişdir.

Arxiv üzrə axtarış