2022-ci ildə Azərbaycanda “Şuşa İli” elan olunması çərçivəsində, Qətər Dövlətindəki Səfirliyimizin təşəbbüsü və bu ölkədəki Azərbaycan icmasının təşkilatçılığı ilə Dohada Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağındakı uşaqların əl işlərindən ibarət xeyriyyə sərgisi keçirilmişdir.

Xeyriyyə sərgisində, Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişlər.
Sərginin açılışında çıxış edən Səfir Rəşad İsmayılov, Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağı barədə qısa məlumat verərək, sığınacağın 1997-ci ildə təsis olunduğunu, burada 18 yaşınadək şəxslərin məskunlaşdığını, 2019-cu ilin iyun ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sözügedən uşaq sığınacağının yeni inşa olunan binasının açılışında iştirak etdiyini bildirmişdir.
R.İsmayılov, həmçinin Səfirliyin təşkilatçılığı ilə 01 avqust 2022-ci il tarixində Qətərdə fəaliyyət göstərən, qeyri hökumət təşkilatı olan “Ajyal” Təhsil Mərkəzinin 5 müəllim və 35 orta məktəb tələbəsindən ibarə heyətin “Ümid yeri” uşaq sığınacağına ziyarətinin təşkil olunduğunu və onlara yardım göstərildiyini qeyd etrmişdir.
Daha sonra çıxış edən Qətərdəki Azərbaycan icmasının rəhbəri Eldəgiz Rəfibəyli, bu xeyriyyə satış-sərgisindən əldə olunacaq vəsaitin “Ümid yeri” uşaq sığınacağının bank hesabına köçürüləcəyini bildirmişdir. O, bu xeyirxah təşəbbüsün bundan sonra da davam etdirilməsini təklif etmişdir.
Qeyd etmək lazımdır ki, sərgi çərçivəsində Qətərdəki Azərbaycan icmasının kiçik yaşlı övladlarının “Şuşa İli” mövzusunda rəsm müsabiqəsi də təşkil olunmuşdur. Müsabiqədə iştirak edən uşaqlara Səfirlik tərəfindən sertifikatlar təqdim olumuşdur.