2022-09-28

27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qətərdəki səfirliyində Anım Günü tədbiri keçirilmişdir.

27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qətərdəki səfirliyində Anım Günü tədbiri keçirilmişdir. Tədbirdə Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri və yerli KİV nümayəndələri iştirak etmişlər.
 
Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov 44 günlük Vətən Müharibəsində şanlı tarix yazmış Azərbaycan övladlarının, şəhid və veteranlarının keçdiyi döyüş yolundan danışmışdır.
 
Səfir, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı 27 sentyabr 2020-ci il tarixində başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 30 ilə yaxın işğal altında olmuş Azərbaycan torpaqlarını azad etmək məqsədilə Vətən müharibəsinə başladığını qeyd etmişdir. Səfir, 44 günlük müharibədə Azərbaycanın Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları və Şuşa şəhəri işğaldan azad edildiyini vurğulamışdır.
 
Daha sonra, 44 Günlük Vətən Müharibəsinə həsr olunmuş video film nümayiş etdirilmişdir.

Arxiv üzrə axtarış