2022-09-21

15 sentyabr 2022-ci il tarixindən etibarən Qətərin Daxili İşlər Nazirliyi Azərbaycan sürücülük vəsiqələrinin Qətərdə tanınması və onun əsasında yerli sürücülük vəsiqəsinin verilməsinə dair qərar qəbul etmişdir.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin səyləri nəticəsində Qətərin
Daxili İşlər Nazirliyi Azərbaycanın aidiyyəti orqanı tərəfindən verilmiş sürücülük
vəsiqəsinin Qətərdə tanınması və onun əsasında yerli sürücülük vəsiqəsinin verilməsinə
dair qərar qəbul etmişdir.
Qərara əsasən, 15 sentyabr 2022-ci il tarixindən etibarən Qətərdə yaşamaq hüququ
olan Azərbaycan vətəndaşları Daxili İşlər Nazirliyinin Yol Nəqliyyatı Departamentinin
Baş İdarəsinə müraciət edərək, müvafiq sənədləri təqdim etməklə 5 dəqiqə ərzində
yerli sürücülük vəsiqəsi əldə edə biləcəklər.
Bunun üçün tələb olunan sənədlər:
- Gözün müayinəsinə dair tibbi arayış;
- Qətərdə oturum vizasına dair sənədin əsli;
- Azərbaycan sürücülük vəsiqəsinin əsli;
- 250 Qətər Riyalı rüsum
Turist və ya qısa müddətli ziyarət məqsədi ilə Qətərə səfər edən Azərbaycan
Respublikası vətəndaşlarına gəlincə, onlar müraciət etdiyi zaman 3 aylıq müvəqqəti
sürücülük vəsiqəsi ala bilərlər.
Bunun üçün tələb olunan sənədlər:
- Pasport (əsli)
- Qətərə giriş vizası
- Azərbaycan sürücülük vəsiqəsinin əsli;
- 1 ədəd 3x4 ölçüdə fotoşəkil
- 250 Qətər Riyalı rüsum

Arxiv üzrə axtarış