2022-ci ilin 24-26 may tarixlərində Doha şəhərində Qətər Dövlətinin Əmiri Şeyx Tamim bin Hamad Al-Taninin himayəsi altında növbəti “Daxili təhlükəsizlik və Mülki müdafiə - Milipol 2022” sərgi və konfransı təşkil edilmişdir.

Sərgidə bir sıra ölkələri və o cümlədən Qətəri təmsil edən şirkətlər daxili təhlükəsizlik və mülki müdafiə sahəsində yüksək texnologiyalara əsaslanan məhsul və xidmətlərini nümayiş etdirmişlər.
Azərbaycan Respublikasını tədbirdə Daxili İşlər nazirinin müavini İsmət Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Sərginin rəsmi açılışından öncə Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbərini Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xalifə Al-Tani qəbul etmiş, qısa protokol görüşü zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə olan əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilərək, ikitərəfli əməkdaşlığın daha da artırılmasına hər iki tərəfin marağı vurğulanmışdır.
Daha sonra nazir müavini İsmət Əliyev və Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad İsmayılov sərgidə təmsil olunmuş şirkətlərin stendləri ilə tanış olmuş, maraq doğuran məhsullarla bağlı məlumat əldə etmişlər.