Qətərin ingilis dilli “The Peninsula” qəzetinin 10 may 2022-ci il tarixli buraxılışında “Azərbaycan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd edir” başlıqlı məqalə dərc olunmuşdur.
Qətərin ingilis dilli “The Peninsula” qəzetinin 10 may 2022-ci il tarixli buraxılışında “Azərbaycan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd edir” başlıqlı məqalə dərc olunmuşdur.
Məqalədə, Ulu öndərin həyatı, Sovet İttifaqı dövründə Moskva və indiki Sankt-Peterburq şəhərlərində xüsusi ali təhsil alması, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirməsi, Dövlət təhlükəsizliyi orqanlarında çalışması, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifələrində işləməsi və general-mayor rütbəsinə yüksəlməsi, 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi və bu vəzifədə işləyərkən Heydər Əliyevin SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etməsi barədə məlumat verilir.
Məqalədə, həmçinin Heydər Əliyevin 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyi, SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdiyi bildirilir.
Heydər Əliyevin 1990-cı ilin iyulunda Azərbaycana qayıtdığı, sonra isə Naxçıvanda yaşadığı həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçildiyi, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışdığı, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçildiyi, 1993-cü ilin may-iyun aylarında Azərbaycanda hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin Bakıya dəvət olunduğu və 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildiyi, 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildiyi qeyd olunur.