2022-05-10

Qətərin ərəb dilli “Əl-Arab” qəzetinin 10 may 2022-ci il tarixli buraxılışında “Azərbaycanda müasir intibah dövrünün banisi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunur” başlıqlı geniş məqalə dərc olunmuşdur.

Qətərin ərəb dilli “Əl-Arab” qəzetinin 10 may 2022-ci il tarixli buraxılışında “Azərbaycanda müasir intibah dövrünün banisi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunur” başlıqlı geniş məqalə dərc olunmuşdur.

 

Məqalədə, Heydər Əliyevin Azərbaycan tarixinin yarandığı gündən bəri ən böyük şəxsiyyətlərdən biri olduğu, onilliklər ərzində həyatını Azərbaycan xalqını əmin-amanlığına, ölkənin sabitliyə və dövlətçiliyin möhkəmlənməsinə həsr etdiyini, xalqının yaddaşında tarixi lider və ölməz şəxsiyyətə çevrildiyi bildirilir.  

 

Heydər Əliyevin Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtda ən mühüm prioritetlərindən biri kimi gənclərin təhsil alması, gənclər təşkilatının yaradılmasında, onların keçmiş Sovet İttifaqının qabaqcıl institutları və universitetlərində təhsil almalarına şərait yaratdığı, Azərbaycan xalqının Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra ölkənin çətin dövrlərində  milli birliyin formalaşması və vətəndaş müharibəsinin qarşısının alınmasında böyük xidmətlər göstərdiyi qeyd olunur.  

 

Məqalədə, həmçinin 1993-2003-cü illərdə ulu öndərin Azərbaycana rəhbərliyi ölkədə sabitlik və inkişaf dövrü ilə yadda qaldığı, Heydər Əliyevin uzaqgörənliyinə və irsinə əsaslanaraq, onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın dinamik inkişaf edən, görünməmiş iqtisadi artım templərinə malik regional səviyyədə lider dövlətə, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevirdiyi, gənc liderin atasının həyatın müxtəlif sahələrində qazandığı bütün nailiyyətləri daha da gücləndirdiyi qeyd olunur.

 

Ata və oğulun bu müdrik rəhbərliyi ilə Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən Ermənistanın otuz ilə yaxın davam edən işğalına son qoyulduğu və Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyi bildirilir.

 

Azərbaycan 2020-ci ildə 44 gün davam edən Vətən müharibədə böyük qələbə qazanaraq Müzəffər Ali Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə otuz ilə yaxın davam edən işğala son qoyulduğu və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və Ermənistanın təslim olmağa məcbur edildiyi və beləliklə Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi ilə bağlı vəsiyyətlərinin yerinə yetirdiyi vurğulanır.

 

https://alarab.qa/article/10/05/2022/%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%AA%D8%AD%D8%AA%D9%81%D9%8A-%D8%A8%D8%A7%D9%84%D8%B0%D9%83%D8%B1%D9%89-99-%D9%84%D9%85%D9%8A%D9%84%D8%A7%D8%AF-%D8%AD%D9%8A%D8%AF%D8%B1-%D8%B9%D9%84%D9%8A%D9%8A%D9%81-%D9%85%D8%A4%D8%B3%D8%B3-%D9%86%D9%87%D8%B6%D8%AA%D9%87%D8%A7-%D8%A7%D9%84%D8%AD%D8%AF%D9%8A%D8%AB%D8%A9

 

Arxiv üzrə axtarış