2022-04-18

Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılovun Qətər Dövlətinin nüfuzlu ərəb dilli “Əl-Şarq” qəzetində geniş müsahibəsi nəşr olunub.

Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılovun
Qətər Dövlətinin nüfuzlu ərəb dilli “Əl-Şarq” qəzetində geniş müsahibəsi nəşr olunub.

Müsahibədə Azərbaycan-Qətər ikitərəfli siyasi, iqtisadi, investisiya, mədəniyyət və turizm sahələrində əlaqələrdən bəhs olunur.

Müsahibədə qeyd olunmuşdur ki, 2021-ci ildə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında ikitərəfli əlaqələr baxımından məhsuldar il olduğu müxtəlif səfər və görüşlərin, o cümlədən sentyabr ayında Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin oktyabr ayında Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın üçüncü iclasının keçirildiyi, Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Taninin ölkəmizə səfər etdiyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər heyətinin Qətərə səfər etdiyi, 2022-ci ilin birinci rübündə isə Dohada keçirilmiş 7-ci “DİMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin, həmçinin 20-ci Doha Forumunda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirak etdiyi qeyd olunur.  
Müsahibədə, regional və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq və qarşılıqlı dəstəyin mövcud olduğu, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqdan məmnunuq ifadə olunduğu, iqtisadi əməkdaşlığın və ticarət həcminin artırılması istiqamətində bir sıra ciddi addımların atıldığı, Qətər Dövlətinə ilk dəfə ixrac missiyasının təşkil olunduğu və hazırda Qətərdən Azərbaycana müxtəlif sahələr üzrə investisiyaların cəlb olunması məsələsinə baxıldığı bildirilir.  
Müsahibədə, həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin oluması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələrin icra olunduğu, pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslərin uğurla davam etdiyi, bu baxımdan ölkəmizdə Ələt Azad İqtisadi Zonasının yaradılmasının bunun bariz nümunəsi olduğu, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerə layiq görüldüyü qeyd olunur.
Müsahibədə, ikitərəfli mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq, 2021-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və “Katara” Mədəniyyət Şəhərciyi Fondu arasında Anlaşma Memorandumun imzalandığı, 2021-ci ilin dekabr ayında Qətərin “Katara” Mədəniyyət Şəhərciyində Azərbaycan guşəsinin yaradıldığı və guşədə Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm etdirən “Qardaşlıq” adlı monumentin açıldığını, 2021-ci il dekabr ayında Qətərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbirin keçirildiyi, 2022-ci ilin əvvəlində Qətərin dünyaca məhşur Şeyx Faysal muzeyində Azərbaycan guşəsinin açıldığı bildirilir. Həmçinin, Azərbaycanda mədəniyyət sahəsində əlamətdar hadisələrdən biri olan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ildə ölkəmizdə “Şuşa İli”nin qeyd olunması barədə sərəncam imzalandığı və bu çərçivədə Azərbaycanda silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu barədə məlumat verilərək, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət ocağı və fəxri, həmçinin Qafqazın mədəni incisi hesab olunduğu diqqətə çatdırılır.  
Daha sonra, 2021-ci ilin 18 oktyabr tarixində Bakı şəhərində imzalanmış  “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”in 2022-ci ilin 27 mart tarixində qüvvəyə mindiyi və həmin Sazişə əsasən, tərəflərin etibarlı ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının digər tərəfin ərazisinə vizasız daxil ola, tranzit keçə və orada 30 (otuz) gün müddətinə vizasız qala bilmələrinin mümkün olduğu və bunun məhz qısamüddətli səfərlərə münasibətində şamil oluduğu bildirilərək,  təhsil və əmək fəaliyyəti ilə məşğul olmaq üçün səfər etmək istəyən bir tərəfin vətəndaşlarının digət tərəfin dövlətinin milli qanunvericiliyinə əsasən öncədən viza əldə etmələrinin vacibliyi qeyd olunur.

Arxiv üzrə axtarış