Səfir Rəşad İsmayılovun Ramazan ayı münasibətilə Qətərin “Əl-Raya” qəzetinin 02 aprel 2022-ci il tarixli sayında geniş müsahibəsi nəşr olunub.
Səfir Rəşad İsmayılovun Ramazan ayı münasibətilə Qətərin “Əl-Raya” qəzetinin 02 aprel 2022-ci il tarixli sayında geniş müsahibəsi nəşr olunub.
R. İsmayılov müsahibəsində Qətərin dövlət başçısını və Qətər xalqını təbrik etmişdir.
Səfir, Qətər rəhbərliyiyini COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması istiqamətində atdığı addımlar sayəsində ölkədə vəziyyətin qənaətbəxş olduğunu bildirmişdir. O, Ramazan ayı ərzində karantin qaydalarının yumşaldılmadına və ailələrin birgə süfrə arxasında toplaşmasına imkan yaradılacağına ümid etdiyini vurğulamışdır.
R. İsmayılov artıq 5-ci ildir ki, Qətərdə Ramazan ayını keçirdiyini qeyd edərək, ümumiyyətlə bu müqəddəs ayda Qətərdə fərqli bir abu-havanın, o cümlədən tolerantlığın hiss olunduğunu, yerli əhali ilə burada yaşayan digər xalqların nümayəndələri arasında fərq qoyulmadığının şahidi olduğunu bildirmişdir. O, Qətər xalqının Ramazanla bağlı öz qədim adət-ənənələrini qoruyub saxladığına heyran qaldığını ifadə etmişdir.
Səfir, Ramazan ayı ilə bağlı ölkəmizdəki mövcud adət-ənənələrdən ətraflı bəhs edərək, Azərbaycanın tarixi dini və mədəni bağlılığı olduğu ərəb ölkələri, o cümlədən Qətərlə oxşar mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Ramazan ayında ölkəmizdə insanların xeyirxah işlərə can atması, imkansızlara yardımların göstərilməsi, iftar süfrələrinin təşkili, qohumların ziyarət edilməsi, qonşularla hədiyyə və yemək mübadilələrinin olması, dualar edilməsi və namaz qılınması kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığını qeyd etmişdir.
Səfir, hər il Ramazan ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ölkəmizdə akkreditə olunan müsəlman dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri üçün iftar süfrələrinin təşkilinin artıq ənənə halını aldığı qeyd etmişdir.
O, Ramazan ayında Azərbaycan Respublikası Prezidentinin müsəlman dünyasına əsas mesajlarından birlik, dostluq, qarşılıqlı ehtiram, İslam həmrəyliyi çağırışlarının olmasını xüsusi vurğulamışdır.
Səfir həmçinin Azərbaycan- Qətər münasibətlərinə toxunaraq, iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə yüksək xətlə inkişaf etdiyini, son olaraq imzalanmış ümimvətəndaş pasportlara malik şəxslərin vizadan azad olunması sazişinin qüvvəyə minməsi sayəsində hər iki ölkə vətəndaşlarının artıq qarşılıqlı səfərləri üçün hec bir maneə olmadığını diqqətə çardırmışdır.