Qətərin paytaxtı Doha şəhərində Xocalı soyqırımı qurbanları anıldı.
Tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, qardaş Türkiyə Respublikasının Qətər Dövlətindəki səfiri Mehmet Mustafa Göksu, eləcə də Türkiyə Səfirliyinin hərbi və doplomatik heyəti, jurnalistlər, elm adamları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra səfir Rəşad İsmayılov çıxışında, Xocalı faciəsinin tarixi aspektləri və beynəlxalq səviyyədə görülən işlər haqqında danışmışdır.
Tədbirdə həmçinin çıxış edən Türkiyənin Qətərdəki səfiri M.M. Göksu Xocalı soyqırım qurbanlarını ehtiramla anaraq xalqımıza belə ağrılı faciənin bir daha yaşanmaması üçün birlik və həmrəylik diləklərinin çatdırmışdır.
Çıxışlardan sonra Xocalı soyqırımı ilə əlaqədar Qətərdə təhsil alan şagirdlər şeir söyləmişdir. Tədbirdə həmçinin Xocalı soyqırımı həqiqətlərini əks etdirən foto sərgi təşkil olunub, kitab və informasiya materialları nümayiş etdirilmişdir.