2022-02-07
Qətərin dövlət naziri Nizami Gəncəvi xatirə nişanı ilə təltif edilib
Qətərin dövlət naziri, Qətər Milli Kitabxanasının rəhbəri dok. Həməd bin Əbdüləziz Əl-Kavari Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş “Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı” ilə təltif edilib.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov dahi şair və görkəmli mütəfəkkir Nizami Gəncəvi irsinin təbliği və tanıdılmasında xidmətlərinə görə dövlət naziri H. Əl-Kavariyə təşəkkür edərək, xatirə nişanını ona təqdim edib.