2022-01-29
Səfir Rəşad İsmayılov Qətərin ticarət və sənaye naziri ilə görüşüb
27 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətərin Ticarət və Sənaye naziri Şeyx Məhəmməd Bin Hamad Bin Qassim Al-Abdullah Al-Tani ilə görüş keçirib.
Görüşdə Azərbaycan və Qətər arasındakı iqtisadi-ticari münasibətlərin hazırkı durumu nəzərdən keçirilərək, onların təşviq edilməsi imkanları müzakirə edilib.