2022-01-27

Azərbaycan nümayəndə heyəti 31-ci Doha Beynəlxalq Kitab Sərgisində iştirak edib

3 yanvar 2022-ci il tarixində Qətərdə "Elm nurdur" şüarı altında 31-ci Doha Beynəlxalq Kitab Sərgisinin açılışı baş tutmuşdur.

Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin stendi qurulmuşdur.

14 yanvar 2022-ci il tarixində sərgi çərçivəsində Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Qətər Milli Kitabxanasının icraçı direktoru xanım Tan Huism ilə görüşmüşdür.

Görüşdə hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.

14 yanvar 2022-ci il tarixində sərgidəki Azərbaycan stendində dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında görkəmli şərqşünas alim E.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı, “Dəmir yumruğun gücü” adlı kitabın Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərəb dilində nəşrini, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ərəb dilində nəşr etdiyi “Azərbaycanın qadın ziyalıları” kitablarının təqdimatı baş tutmuşdur.

 

Arxiv üzrə axtarış