2021-12-08

Azərbaycan və Qətər arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Qətər Dövlətində səfərdə olan Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd Al Tani ilə görüşüb.

Azərbaycan və Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf istiqamətləri və perspektivləri müzakirə edilən görüşdə Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov və səfirliyin nümayəndələri iştirak ediblər.

Arxiv üzrə axtarış