2021-11-26

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndə heyəti Qətərə səfər etmişdir

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Dohaya səfər edib.

Səfər zamanı Qətərdə fəaliyyət göstərən nüfuzlu beyin mərkəzləri ilə çoxsaylı görüşlər keçirilib. Görüşlərdə Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda mərkəzlər arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Geniştərkibli görüşlərdən əlavə səfər çərçivəsində F.Şəfiyev, həmçinin Qətərdə fəaliyyət göstərən Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzi tərəfindən təşkil edilmiş "Cənubi Qafqazda geosiyasi vəziyyət: çağırışlar və fürsətlər" adlı mühazirədə çıxış edib.

Bundan başqa, F.Şəfiyev, həmçinin "Al Jazeera Mubasher" telekanalının canlı efirində qonaq olaraq, 44 günlük müharibədən sonra regionun cari vəziyyəti və gələcəyi mövzusunda müxtəlif sualları cavablandırıb.

Arxiv üzrə axtarış