2021-10-18
Azərbaycan Respublikasının Prezidenti Qətər Dövlətinin Baş Nazirinin müavini, xarici işlər nazirini qəbul etmişdir.
18 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qətər Dövlətinin Baş Nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Taninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələri, o cümlədən ortaq maraq kəsb edən bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilmişdir.