2021-09-13
“İçərişəhər” İdarəsi və Katara Mədəniyyət Şəhərciyi arasında anlaşma memorandumu imzalanıb
13 sentyabr 2021-ci il tarixində Qətərin "Katara" Mədəniyyət Şəhərciyi Fondunun rəhbəri dok. Xalid Əl-Suleyti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində fondun rəhbəri "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərovla görüşmüşdür. Görüşdə iki qurum arasında əməkdaşlığın inkişaf yolları müzakirə edilmişdir. Həmin gün "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə "Katara" Mədəniyyət Şəhərciyi Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.