2021-09-13

Bakıda Azərbaycan və Qətərin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu baş tutub

7 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

İclasa Azərbaycan tərəfindən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini cənab Fariz Rzayev, Qətər tərəfindən isə Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri cənab Sultan bin Səəd Əl-Mureyxi başçılıq edib.

Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq gündəliyinin bir sira məsələləri üzrə ətraflı müzakirələr aparılıb.

Səfər çərçivəsində Qətərin xarici işlər üzrə dövlət naziri S.Əl-Mureyxi Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov və Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov ilə görüşüb.

Arxiv üzrə axtarış