2021-07-30

Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklər edildi

Dəyişikliklərə əsasən:

 Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul edirlər:

 əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:

1) yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinləri, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

 Eyni zamanda 1 yaşınadək uşaqlarda uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələbi ləğv olunur.

2) Azərbaycan Respublikasının vətəndaşları, həmçinin diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında

3) Sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaq.

4) Müəyyən olunmuş tələbləri pozaraq həyata keçirdiyi hər bir reysdə nəzərdə tutulmuş sərnişinlərin sayı 3 (üç) və daha çox olan və ya ardıcıl olaraq həyata keçirdiyi 3 (üç) reysin hər birində bu cür sərnişinlər olan aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təmin ediləcək.

9 ölkə (2021-ci il 10 iyun tarixindən – Rusiya Federasiyası, Türkiyə Respublikası və 2021-ci il 21 iyun tarixindən - Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan Respublikası, İsrail Dövləti, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Dövləti) vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərin (COVID-19 pasportu və 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında) hava nəqliyyatı vastəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.

Dəyişikliyə əsasən:

2021-ci il 5 avqust tarixindən eyni şərtlərlə aşağıdakı 20 ölkə əlavə edilir:

  1. Almaniya Federativ Respublikası;
  2. Avstriya Respublikası;
  3. Belcika Krallığı;
  4. Çexiya Respublikası;
  5. Danimarka Krallığı;
  6. İrlandiya Respublikası;
  7. İspaniya Krallığı;
  8. İsveç Krallığı;
  9. İsveçrə Konfederasiyası;
  10. Kanada;
  11. Luksemburq Böyük Hersoqluğu;
  12. Malta Respublikası;
  13. Niderland Krallığı;
  14. Polşa Respublikası;
  15. Portuqaliya Respublikası;
  16. Serbiya Respublikası;
  17. Sinqapur Respublikası;
  18. Slovakiya Respublikası;
  19. Sloveniya Respublikası;
  20. Yunanıstan Respublikası.”.
  21. Çin Xalq Respublikası
     
  22. Estoniya Respublikası
     
  23. Finlandiya Respublikası
     
  24. Fransa Respublikası
     
  25. Honq-Konq (ÇXR)
     
  26. Xorvatiya Respublikası
     
  27. İslandiya Respublikası
     
  28. İtaliya Respublikası
     
  29. Latviya Respublikası
     
  30. Litva Respublikası
     
  31. Malayziya
     
  32. Səudiyyə Ərəbistanı Krallığı
     
  33. Yaponiya.

    Avstraliya İttifaqı;

    Braziliya Federativ Respublikası;

    Bruney Darüssalam; 

    Cənubi Koreya Respublikası; 

    Çili Respublikası; 

    Ekvador Respublikası; 

    Kamboca Krallığı; 

    Kosta Rika Respublikası; 

    Kuba Respublikası; 

    Küveyt Dövləti; 

    Qazaxıstan Respublikası; 

    Maldiv Respublikası; 

    Meksika Birləşmiş Ştatları; 

    Mərakeş Krallığı;

    Monqolustan; 

    Monteneqro;

    Norveç Krallığı; 

    Oman Sultanlığı;

    Panama Respublikası;

    Salvador;

    Uruqvay Şərq Respublikası; 

    Yeni Zelandiya;  

    İordaniya Haşimilər Krallığı; 
     

        Kipr Respublikası

        Ukrayna

        Belarus

        Rumıniya

Arxiv üzrə axtarış