2021-04-07

Azərbaycan və Qətər arasında ali təhsil sahəsində münasibətlərin inkişaf yolları müzakirə edilib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin təhsil və ali təhsil naziri Dr. Məhəmməd bin Əbdülvahid Əl-Hammadi ilə görüşüb.

Görüşdə Azərbaycan və Qətər arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri və onların inkişaf etdirilməsi yolları müzakirə edilib.

Səfir Rəşad İsmayılov son illər həyata keçirilmiş layihələr haqqında danışıb. O, həmçinin Azərbaycanda təhsilin inkişafı istiqamətində atılan addımlar və xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan təhsil qrantı proqramları barədə təhsil nazirinə məlumat verib.

Arxiv üzrə axtarış