2021-04-03

Azərbaycan ilə Qətər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov bu ölkədə fəaliyyət göstərən “Barzan Holdings” şirkətinin prezidenti və idarə heyətinin üzvü Nasir Həsən Əl-Nueymi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qətər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Səfir R.İsmayılov Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə qarşı tərəfə məlumat verib.
Səfir, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərdən söz açaraq, Ordumuzun uğurlarından danışıb.
Qeyd edək ki, “Barzan Holdings” Qətər silahlı qüvvələrinin hərbi imkanlarını gücləndirmək məqsədilə yaradılıb. Şirkət investisiya, tədqiqat-inkişaf və strateji satınalmalar istiqamətlərində fəaliyyət göstərir.
 

Arxiv üzrə axtarış