2021-03-17

Azərbaycan nümayəndə heyəti Dohada təşkil olunan “Milipol Qatar 2021” tədbirində iştirak edib

Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov və Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalovun başçılıq etdikləri nümayəndə heyətləri Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən “Milipol Qatar 2021” – 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik və Mülki Müdafiə Tədbirinin açılış mərasimində iştirak ediblər.

Nazir müavinləri 15 mart 2021-ci il tarixində Qətərin daxili işlər nazirinin müavini, Qətər Daxili Təhlükəsizlik Qüvvələrinin (Lekhwiya) komandiri Şeyx Əbdüləziz bin Feysal Al Tani ilə görüşüblər. Görüşdə iki ölkə arasında təhlükəsizlik və mülki müdafiə sahələrində əməkdaşlıq əlaqələri müzakirə edilib. Görüşdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov da iştirak edib.

Arxiv üzrə axtarış