2021-03-11

Bakı Dövlət Universiteti və Qətər Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

Bakı Dövlət Universiteti (BDU) və Qətər Universitetinin (QU) rəhbərləri arasında virtual görüş baş tutub.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşkilatçılığı ilə baş tutmuş görüşdə BDU-nun rektoru f.e.d., dosent Elçin Babayev, Qətər Universitetinin prezidenti dok. Həsən Əl-Dirhəm, Azərbaycanın Qətərdəki səfiri cənab Rəşad İsmayılov, Qətərin Azərbaycandakı səfiri cənab Feysal Əl-Hinzab, eləcə də iki ali təhsil müəssisəsinin mütəxəssisləri iştirak ediblər.

Görüşdə BDU və QU arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Arxiv üzrə axtarış