2021-01-22

"Lusail" qəzetində 20 Yanvar faciəsinə həsr olunmuş yaz dərc olunub

Qətərin ərəb dilində nəşr olunan "Lusail" qəzetində 20 yanvar hadisələrinə həsr olunmuş yazı dərc olunmuşdur.

Yazıda Sovet ordusunun döyüş bölmələri tərəfindən həyata keçirilmiş cinayətlər qarşısında Azərbaycan xalqının göstərdiyi qətiyyət və iradədən söz açılmışdır. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və SSRİ hakimiyyəti tərəfindən onlara dəstək verilməsi qeyd edilmiş, bundan hiddətlənən geniş xalq kütlələrinin Bakının küçələri və meydanlarına çıxaraq etiraz aksiyaları keçirdiyi bildirilmişdir.

Məqalədə deyilmişdir ki, 20 yanvar faciəsinin törədilməsinin məqsədi azadlıq hərəkatını boğmaq, Azərbaycan xalqının müstəqilliyə olan əzmini qırmaq olmuşdur. Vurğulanmışdır ki, sovet rəhbərliyi faciəvi həqiqətləri və Azərbaycanda törətdiyi cinayətləri dünya ictimaiyyətindən gizlətmək üçün xeyli səy göstərmişdir. Lakin aparılmış mübarizə Azərbaycanın öz müstəqilliyini əldə etməsinə gətirib çıxarmışdır.

Arxiv üzrə axtarış