20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində anım tədbiri keçirilib
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyində anım tədbiri keçirilib. Tədbirdə Qətərdə yaşayan azərbaycanlılar və Səfirliyin əməkdaşları iştirak edib.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqə sükutla yad edilməsi ilə başlayıb. Daha sonra səfir Rəşad İsmayılov tədbir iştirakçılarına müraciət edərək, faciənin tarixi və Azərbaycan xalqının müstəqillik və azadlıq uğurunda mübarizəsi barədə ətraflı danışıb. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Vətən Müharibəsində əldə olunan qələbədən söz açaraq, müharibə dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində fəal iştiraklarına görə soydaşlarımıza təşəkkürünü bildirib.
Tədbir, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə davam etdirilib.