2020-11-28

Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətərdə mədəniyyət, incəsənət və multikultural tədbirlərinin təşkili sahəsində aparıcı qurumlardan olan Katara Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Dr. Xalid Əl-Suleyti ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib. Səfir R.İsmayılov xalqımızın qədim, zəngin mədəniyyəti və incəsənəti barədə həmsöhbətini məlumatlandırıb.

Öz növbəsində Xalid Əl-Suleyti Katara mədəniyyət şəhərciyində keçirilən tədbirlər haqqında ətraflı məlumat verib, həmçinin Azərbaycanın öz suverenliyinin və ərazi bütövlüyünü müdafiəsi uğrunda apardığı müharibədə əldə etdiyi tarixi qələbə münasibəti ilə təbriklərini ifadə edib.

 

Arxiv üzrə axtarış