2020-11-16

Səfir R.İsmayılov: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

10 noyabr 2020-ci il tarixində qardaş Türkiyə Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri cənab Mehmet Mustafa Göksu Dohadakı Türkiyə Səfirliyinin diplomatik heyət üzvləri və digər qonaqlar ilə birlikdə Azərbaycan Səfirliyini ziyarət etmişdir.

Cənab səfir M.M.Göksu Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda işğalçı Ermənistana qarşı apardığı Vətən müharibəsində əldə etdiyi şanlı qələbə münasibəti ilə Azərbaycan dövləti və xalqını təbrik etmişdir.

Öz növbəsində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad İsmayılov qardaş Türkiyə dövləti və xalqının müharibə dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə minnətdarlığını ifadə edərək, dost və qardaş ölkələrimiz və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildirmiş, Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu vurğulamışdır.

 

Arxiv üzrə axtarış