Qətərin tanınmış bloggerləri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətərin tanınmış bloqqerləri Aişə Əl-Mənnai, Məhəmməd Şəhvani və Saleh Əl-Mərri ilə görüş keçirmişdir.
Görüşdə bloqqerlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri barədə ətraflı məlumat verilmiş, mövcud vəziyyət izah edilmiş, bununla əlaqədar müvafiq materiallar təqdim edilmişdir.
Öz növbələrində bloqqerlər Azərbayanın mövqeyinin ədalət və beynəlxalq hüquqa əsaslandığını bildirərək, Qətər xalqının hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini ifadə etmişlər.