2020-10-26

Qətər Dövlətinə giriş və bu ölkədən çıxışlarda sərnişinlər üçün Qaydalar

Ölkəyə giriş və çıxışlarda 50.000 Qətər Riyalı (yaxud digər pul vahidlərində bu dəyərdəki miqdar) məbləğində və ya bundan da artıq hər hansı bir valyuta, daşıyıcıya məxsus yazılı ödəmə vasitələri ya da qiymətli metal və zinət əşyalarına sahib olan şəxslərin bəyannamə formasını doldurması zəruri olduğundan gömrükçü tərəfindən tələb olunan əlavə məlumatlar da məsul şəxslərə təqdim olunmalıdır:

Bildiriləcək materiallar:

Valyuta: Qətər riyalı və digər valyutalar

Daşıyıcıya yazılı ödəmə vasitələri: Səyahət qəbzi kimi daşıyıcı üçün hazırlanmış ödəmə vasitələri; çeklər, sənədlər (veksellər) və ödəmə əmrləri daxil sahibinə, məhdudiyyət olmadan təsdiq edilmiş, saxta haqq sahibi adına hazırlanmış və ya təhvil verildiyi zaman səlahiyyəti başqasına keçən müxtəlif ödəmə vasitələri; çeklər, sənədlər (veksellər) və ödəmə əmrləri daxil imzalanmış lakin üzərində haqq sahibi adı olmayan yekunlaşmamış ödəmə vasitələri

Qiymətli metallar: Qızıl, gümüş, platin və digər qiymətli metallar

Qiymətli daşlar: Almaz, zümrüd, yaqut, saffir, inci və s.

 

Arxiv üzrə axtarış