2020-10-19

Səfir R.İsmayılov Qətər Doha Yüksək Tədqiqatlar İnstitutu və Ərəb Araşdırma və Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Doha Yüksək Tədqiqatlar İnstitutunun Qəyyumlar şurasının sədri və Ərəb Araşdırma və Siyasi Tədqiqatlar Mərkəzinin Baş direktoru Azmi Bişara ilə görüş keçirmişdir. Görüşdə Ermənistanın törətdiyi təxribatçı əməllər və Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan haqlı mövqeyi barədə müqabil tərəfə məlumat verilmiş, həmçinin iki ölkənin təhlil və strateji araşdırma mərkəzləri arasında əməkdaşlıq imkanlarını müzakirə edilmişdir.

 

 

Arxiv üzrə axtarış