Qətərin “Əl-Şərq” qəzeti Ermənistanın Gəncəni raket atəşinə tutmasından yazıb
Qətərdə ərəb dilində nəşr olunan "Əl-Raya" qəzetində Gəncə şəhərinə edilmiş hücum ilə bağlı məlumat dərc edilib.
Xəbərdə bildirilib ki, erməni ordusunun 17 oktyabr 2020-ci il tarixində gecə yarısı Gəncə şəhərini raket atəşinə məruz qoyması nəticəsində 13 mülki şəxs həyatını itirib.
Yazıda deyilib ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə iki yaşayış binasına endirilmiş raket zərbələri 13 nəfərin həyatını itirməsinə, 45 nəfərin ağır yaralanmasına, çoxlu bina, ev, iş yerləri, nəqliyyat vasitələri və s. zərər görməsinə səbəb olmuşdur.
Azərbaycan Dövlət İnformasiya Agentliyinə istinadən yayılan xəbərdə qeyd olunmuşdur ki, erməni qoşunları humanitar atəşkəsi pozaraq növbəti dəfə döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini hədəf almışlar.
Yazıda dağıntılar altından yaralıların və həlak olanların cəsədlərinin çıxarılması üçün axtarış və xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib, bu vaxta qədər 52 nəfərin dağıntılar altından çıxarıldığı deyilib.