2020-10-20

Səfir Rəşad İsmayılov Qətərin Xarici İşlər üzrə Dövlət naziri ilə görüşüb

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Saad Əl-Mureyxi ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələri nəzərdən keçirilmiş, ortaq maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış