2020-10-19

Qətərin “Əl-Şərq” qəzeti Ermənistanın Gəncəni raket atəşinə tutmasından yazıb

Qətərin ərəb dilində nəşr olunan "Əl-Şərq" qəzetində Ermənistanın 17 oktyabr 2020-ci il tarixində Gəncə şəhərinin mülki əhalisini ballistik raket atəşinə tutuması ilə bağlı yazı dərc olunub. Yazıda hücum nəticəsində 2-si uşaq olmaqla 12 mülki şəxsin həyatını itirdiyi, 40 nəfərin yaralandığı, evlərə və digər mülki obyektlərə zərər dəydiyi qeyd edilib. Dağılmış 20-dən çox mənzilin dağıntıları altından yaralıların və həlak olanların cəsədlərinin çıxarılması üçün axtarış və xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib, hadisənin təfərrüatları ilə bağlı ətraflı məlumat verilib.

 

Arxiv üzrə axtarış