2020-10-14

Səfir R.İsmayılov "Gulf Times" qəzetinin baş redaktoru ilə görüş keçirmişdir

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin ingilis dilində dərc olunan "Gulf Times" qəzetinin baş redaktoru Feysal Əbdülhəmid Əl-Mudahika ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan-Qətər əlaqələri və onun inkişafında medianın rolu barədə geniş fikir mübadiləsi aparılmışdır. Səfir R.İsmayılov Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı barədə həmsöhbətini məlumatlandırmış, münaqişənin tarixi və hüquqi aspektləri barədə ətraflı danışmışdır. Həmçinin Ermənistanın sentyabr ayının 27-dən bəri mülki əhaliyə qarşı törətdiyi terror əməlləri barədə geniş faktlar müvafiq foto materiallarla birlikdə müqabil tərəfin diqqətinə təqdim edilmişdir.

Arxiv üzrə axtarış