2020-10-14

Səfir Rəşad İsmayılov Qətər-Asiya Dostluq Qrupunun rəhbərini Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırıb

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Dövləti Məşvərət Şurasının (Parlament) Qətər-Asiya Dostluq Qrupunun rəhbəri Raşid bin Həməd Əl-Meadhadi ilə görüş keçirib. Görüşdə Azərbaycan-Qətər əlaqələri və onun inkişafında parlamentlərarası əməkdaşlığın rolu barədə fikir mübadiləsi aparılıb.

Səfir R.İsmayılov Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı barədə dostluq qrupunun rəhbərini məlumatlandırıb, münaqişənin tarixi və hüquqi aspektləri barədə ətraflı danışıb. Həmçinin Ermənistanın sentyabr ayının 27-dən bəri mülki əhaliyə qarşı törətdiyi terror əməlləri barədə geniş faktlar müvafiq foto materiallarla birlikdə müqabil tərəfin diqqətinə təqdim edilib.

Öz növbəsində, dostluq qrupunun rəhbəri R.Əl-Meadhadi ölkəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində dost Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bildirib

 

Arxiv üzrə axtarış