2020-10-12

Səfir R.İsmayılov "Əl-Raya" qəzetinin baş redaktoru ilə görüş keçirmişdir

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin ərəb dilində dərc olunan "Əl-Raya" qəzetinin baş redaktoru Abdullah Ğanim Əl-Muhənnədi ilə görüş keçirmişdir. Görüşdə səfir R.İsmayılov Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağı işğal etməsi barədə baş redaktoru məlumatlandırmış, münaqişənin tarixi və hüquqi aspektləri barədə ətraflı danışmışdır. Görüşdə Azərbaycan-Qətər əlaqələri və onun inkişafında medianın rolu barədə fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış