2020-09-09

Səfir Rəşad İsmayılov “Əl-Cəzirə” media şəbəkəsinin baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov dünyanın aparıcı informasiya qurumlarından biri olan “Əl-Cəzirə” media şəbəkəsinin baş direktoru Mustafa Savvaq ilə görüşüb.

Görüş zamanı media və informasiya mübadiləsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

“Əl-Cəzirə”nin baş direktoru M.Savvaq bu cür görüşlərin sözügedən sahədə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaratdığını bildirib.

Görüşdə Rəşad İsmayılov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətini məlumatlandırıb və Ermənistanın təcavüzkar siyasətindən danışıb. Səfir Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyət, o cümlədən ölkəmizin mədəni-dini abidələrinə vurulan zərərdən ətraflı söz açıb. O, həmçinin Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar barədə həmsöhbətinə məlumat verib.

Arxiv üzrə axtarış