2020-08-27

Səfir Rəşad İsmayılov AFEZ-in idarə heyətinin sədri ilə virtual görüşdə iştirak edib

27 avqust 2020-ci il tarixində Ələt Azad İqtisadi Zonasının (AFEZ) idarə heyətinin sədri Valeh Ələsgərovun Azərbaycan Respublikasının Asiya və Afrika qitələri ölkələrindəki səfirləri ilə video-konfrans formatında görüşü təşkil olunmuşdur. Görüşdə AFEZ-in fəaliyyət qaydaları, üstünlükləri, əcnəbi sərmayədarlar üçün təklif etdiyi güzəştlər və s. barədə ətraflı məlumat verilmişdir.  Həmçinin yaranan suallar cavablandırılmış, müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov görüşdə iştirak etmiş və müvafiq təkliflərlə çıxış etmişdir.  

Arxiv üzrə axtarış