Qətərdə yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz məqsədilə Doha şəhərində yürüş təşkil ediblər
17 iyul 2020-ci il tarixində Qətərdə yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə Doha şəhərində yürüş keçiriblər.
Əllərində Azərbaycan bayraqları, eləcə də “Orduya dəstək!”, “Karabakh is Azerbaijan!” şüarları daşıyan soydaşlarımız, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildiriblər.
Soydaşlarımız paytaxt Dohanın bulvarı boyunca piyada şəkildə, həmçinin üzərində Azərbaycan bayraqları dalğalanan nəqliyyat vasitələri ilə yürüş ediblər. Aksiyanın sonunda Qətərdə yaşayan azərbaycanlılar vətənə sədaqət və bağlılıqlarını bir daha ifadə ediblər, Ermənistanın təcavüzkar siyasətinə nifrətlə qınayıblar.