2020-06-24

Səfir Rəşad İsmayılov Qətər XİN-in təşkil etdiyi video-konfransda iştirak edib

24 iyun 2020-ci il tarixində Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə bu ölkədə akkreditə olunmuş Asiya ölkələrinin səfirlərinin Qətər Xarici İşlər nazirinin köməkçisi, Qətər XİN-in sözçüsü, həmçinin Qətərin Böhranların İdarəedilməsi üzrə Ali Komitəsinin sözçüsü xanım Lulva Xatir ilə video-bağlantı formatında görüşü təşkil olunmuşdur. Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov da görüşdə iştirak etmiş və nitq söyləmişdir. Görüşdə Qətərdə COVID-19 pandemiyası ilə mübarizə istiqamətində atılan addımlar, xüsusən məhdudiyyətlərin tədricən aradan qaldırılması planı şərh olunmuş, səfirlərin sualları cavablandırılmışdır.

Arxiv üzrə axtarış